Daha bir avtobus qəzası, ölən var
10 Sentyabr 2014 16:33 KriminalAzərbaycanda daha bir avtobus qəza törədib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 9-da saat 14 radələrində Ucar rayonunun Kürkənd kəndində Bakı şəhər sakini Məzahir Rüstəmov idarə etdiyi "Setra" markalı avtobusla yolu keçən Türkəçi kənd sakini Yusif Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31