Bakıda qarajda araq və siqaret istehsal edən saxtakar yaxalandı

Bakıda saxta araq və tütün məmulatları hazırlayan şəxs yaxalanıb.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dövran Allahverənova məxsus Abbaszadə küçəsində yerləşən qarajda aksiz markası olmayan 4236 ədəd spirtli içki və 420 ədəd tütün məmulatı aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31