Bakı şəhəri, Xətai rayonuunda avtomobil dayanacağının ümumi sahəsi 8 kv.m olan taxtadan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində köşklə bərabəronun ətrafına yığılmış 12 kv.m sahədə məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31