Dəhşətli terror aktının qarşısı alınıb

Türkiyənin hüquq mühafizə orqanları Hatayan Erzin rayonunda dövlət və yerli özünüidarə orqanlarının yerləşdiyi binalara qarşı planlaşdırılan dəhşətli terror aksiyasının qarşısını alıblar. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, hökumət idarəsinə gecə saatlarında hücum edən terrorçular polis tərəfindən zərəsizləşdirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı terrorçulara məxsus avtomobilin içindən 65 kq partlayıcı maddə və çoxlu sayda silah-sursat aşkar edilib, Rasit Əli Rasit adlı Suriya vətəndaşı isə yaralı halda həbs edilib. Hazırda hüquq mühafizə orqanları terror aksiyasının arxasında Suriya kəşfiyyatının, yoxsa PKK-nın durduğunu araşdırır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31