DİN Xırdalandakı partlayışla bağlı məlumat yaydı

Daxili İşlər Naziriyi Xırdalanda baş vermiş partlayışla bağlı məlumat yayıb. Nazirlikdən  verilən məlumata görə, sentyabrın 8-də saat 07 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən tikintisi başa çatmamış 9 mərtəbəli (binada Qubadlı rayon sakinləri məskunlaşıb və 5-ci mərtəbəyədək tikilib) binanın 3-cü mərtəbəsində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə döşəmə uçub, sakinlərdən Məharət Abbasov, onun qızı Aydan və bacısı İfayət hadisə yerində ölüb. Miroğlan Rəhimov, Ayxan Abbasov, Könül Abbasova, Aytac Abdullayeva, Vidadi İsmayılov, onun arvadı Məlahət, qızı Aygün, oğlanları Yunis və Bəkir xəstəxanaya yerləşdiriliblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31