İrandan həşiş gətirmək cəhdinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada yolla ölkəmizə gələn Azər¬bay¬can vətəndaşı Rəşad Şirinovun üzərin¬də şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı ondan narko¬tik vasitələr - xalis çəkisi 975,0 qram olan həşiş qətranı və xalis çəkisi 999,5 qram olan tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31