İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Rusiya vətəndaşı, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 208.2 maddəsinə əsasən həbs edilmiş şəxs Elbrus Esedullaxoviç Karibova həyat yoldaşı, Rusiya Federasiyasının Kabardino-Balkariya Respublikasında yaşayan vətəndaş Amina Oleqovna Sasikovanın gətirdiyi sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış amanı sellofan paketin içərisində gizlədilmiş bir ədəd "Samsunq Duos" markalı mobil telefon aparatı, üç ədəd "Meqafon", "Belain" və "Türkcell" danışıq kartları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31