“Azərkimya”nın daha bir zavodu yandı

Sumqayıtda "Azərkimya" Dövlət Şirkətinə məxsus zavodda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirıliyi məlumat yayıb. Hadisə avqustun 17-də baş verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "Etilen-Polietilen" zavodunun ərazisində olan çənin içərisindəki məhsul qalıqları (lateks qalıqları) 60 kv.m sahədə yanıb. Çənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31