Məhkum sliah sursatı könüllü olaraq təqdim edib
8 Sentyabr 2014 17:30 KriminalƏdliyyə Nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin Müalicə müəssisəsinin əməkdaşları ilə birgə keçirtdiyi əməliyyat-profilaktiki tədbirlər nəticəsində 14.02.1992-ci il təvəllüdlü, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu, ev 19 ünvanında yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 221.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şərifov Ehtiram Bəxtiyar oğlu tərəfindən könüllü olaraq bir ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança, 2 ədəd 9 mm. kalibrli güllə və bir ədəd F-1 markalı əl qumbarası təqdim olunub. PX İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, odlu silah və sursatlar hüquqi qiymət verilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin Nizami rayon Polis şöbəsinə təhvil verilib.