Bakıda amansız qətl
8 Sentyabr 2014 16:38 KriminalBakıda xüsusi amansızlıqla zətl törədilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 6-da Bakı şəhər sakini Məzahir Novruzov Suraxanı rayonu ərazisində yaşadığı evində ölüb. Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində M.Novruzovun döyülmə nəticəsində ölməsi müəyyən edilib və hadisəni törətmiş Bakı şəhər sakini Famil Zamanov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31