Dənizdə 3 nəfər xilas edilib

Bakı şəhəri, Xəzər rayonunda dənizdə,  Zuğulba-3" sularda xilasetmə məntəqəsinin ərazisində batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.  "Olaylar"ın FHN-in saytına istinadən verdiyi məlumata görə, daxil olmuş məlumata əsasən, 1 nəfər balıq tutmaq məqsədi ilə rezin qayıqda Bakı şəhəri, Səbail rayonu ərazisindən dənizə çıxıb və küləkli hava şəraitində, sahildən, təxminən, 5 km dənizin içinə doğru, "Şıx-2" sularda xilasetmə məntəqəsindən, təxminən, 4 km məsafədə, nəzarət olunmayan ərazidə köməksiz vəziyyətdə qalıb.  Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və vətəndaşı xilas ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31