Bakıda tikintidə işləyən fəhlənin başına dəmir parçası düşərək ölüb
8 Sentyabr 2014 15:59 KriminalBakının Nərimanov rayonu ərazisində yeni tikilməkdə olan binada ölüm faktı baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 6-da Nərimanov rayonu Təbriz küçəsində yeni tikilməkdə olan binadan orada işləyən Ağdam rayon sakini Ruslan Həsənovun başına dəmir parçası düşüb. Fəhlə R.Həsənov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31