Meyvə şirəsindən telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsinə əsasən həbs edilmiş şəxs İlkin Xalıq oğlu Hüseynzadəyə qohumu, Bakı şəhəri, T.Abbasov küçəsi, ev 9, mənzil 50 ünvanında yaşayan vətəndaş Firudin Famil oğlu Salmanovun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı iki ədəd "Pfanner" meyvə şirəsinin içərisində xüsusi üsulla yerləşdirilmiş bir ədəd "Nokia", bir ədəd "C10" markalı mobil telefon aparatları və dörd ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31