Bakıda 3 nəfəri bıçaqlayan ələ keçdi

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub

Bakıda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, hadisə sentyabrın 5-də Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb. Naməlum şəxs bıçaqla İmişli rayon sakinləri - Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova xəsarət yetirib. Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31