Xırdalanda 4 nəfər dağıntılar altından çıxarıldı
Dağıntı altında qalan ata və oğulun adı məlum oldu
8 Sentyabr 2014 12:20 KriminalXırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından daha 4 nəfərin xilas edilib. Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, xilas edilən şəxslər - 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı və 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızıdır. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli binadakı mənzillərdən birində baş vermiş güclü partlayışla əlaqədar Baş prokurorunun 1-ci müavini Rüstəm Usubov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun polis rəisi və prokuroru da hadisə yerindədirlər.