Hazırlıqdan gələn məktəbli xəstəxanalıq oldu

Şəkidə 16 yaşlı qızı maşın vurub

Şəkidə orta məktəb şagirdini maşın vurub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon Mərkəzi Xəstəxanasının qarşısında 1954-cü il təvəllüdlü Güləhməd İsrafil oğlu Məhərrəmli idarə etdiyi "VAZ 2106" markalı, 10 EX 549 dövlət nömrə nişanlı maşınla piyadanı vurub. Qəza nəticəsində 1998-ci il təvəllüdlü Nailə Sakit qızı İsmayılova ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər. Hadisə məktəblinin avtobusdan düşərək yolu keçmək istədiyi zaman baş verib. Nailə müəllim yanından hazırlıqdan gəlirmiş. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31