FHN: Abşerondakı partlayış olan binadan 3 nəfər xilas edilib, 2-si axtarılır
8 Sentyabr 2014 10:56 KriminalFövqəladə Hallar Nazirliyi Abşerondakı yaşayış binasında baş vermiş partylayışıa bağlı yeni məlumat verib. Modern.az saytı xəbər verir ki, nazirliyin məlumatına görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31