Məhbus həbsxanada arvadını qətlə yetirdi
17 Avqust 2012 14:24 KriminalVolqoqradda məhbus həbsxanada qətl hadisəsi törədib. "OLAYLAR"ın Rusiya mətbuatına istinaən verdiyi məlumata görə, hadisə məhbusların görüş otağında baş verib. Həbsxanada cəza çəkən məhbus görüş zamanı arvadını qətlə yetirib. Məlumata görə, məhbusla görüşə gələn həyat yoldaşı ondan ayrılmaq istədiyini bildirib və bir daha onunla görüşə gəlməyəcəyini deyib. Ərlə arvad arasında mübahisə yaranıb və ər arvadı boğub öldürüb. Hadisə ilə bağlı məhbus barədə yenidən cinayət işi başlanıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31