Bakıda "Zapı"nı qaçırıb yandırdılar
5 Sentyabr 2014 17:28 KriminalBakıda maşın oğurlamaqda şübhəli iki nəfər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami rayonunda Əlibaba Daşdəmirova məxsus "ZAZ" markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Xəyal Sultanov və Ramin Zeynalzadə müəyyən edilərək saxlanılıb. Məlum olub ki, onlar qaçırdıqları avtomobili sənədləri ilə birlikdə Binə qəsəbəsinin ərazisində yerləşən "Zeytunluq" adlandırılan ərazidə yandırıblar.
Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31