Yevlaxda 11 tondan artıq çətənə bitkisi aşkar olunub

Yevlax şəhər polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri keçirilib. "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasina istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində Yevlax şəhəri Varvara kənd bələdiyyəsi ərazisində 2,55 ha sahədən 31428 ədəd, çəkisi 3 ton 520 kiloqram, Aşağı bucaq kənd bələdiyyəsi ərazisində 1,95 ha sahədən 33526 ədəd, çəkisi 3 ton 380 kiloqram, Aran qəsəbə bələdiyyəsi ərazisində 1,45 ha sahədən 23416 ədəd, çəkisi 2 ton 135 kiloqram,  Qaramallı kənd bələdiyyəsi ərazisində 2,05 ha sahədən 28628 ədəd, çəkisi 2 ton 150 kiloqram olan  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib. Narkotik tərkibli çətənə kolları  yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31