Qusarda ev sahibi evilə birlikdə yandı

Qusarda evdə yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 4-də saat 18 radələrində Qusar rayonunun Bədişqala kənd sakini Camaləddin Məmmədova məxsus 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış C.Məmmədov xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31