Bakıda dava, iki qardaş bıçaqlandı
5 Sentyabr 2014 16:08 KriminalBakıda iki qardaş bıçaqlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 4-də Xəzər rayonu Buzovna qəsəbəsində qəsəbə sakini Etiram Haşımov münaqişə zəminində həmyerliləri Zeynal Revnixanova və onun qardaşı Seyidcəlala bıçaqla xəsarət yetirib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Haşımov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31