“Azpetrol”un yanacaqdaşıyan maşını aşıb
17 Avqust 2012 13:51 KriminalAvqustun 16-da Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində iki yük maşını toqquşub.Lent.az-ın məlumatına görə, Hacıqabul dairəvi yolunun girişində, Muğan qəsəbəsi yaxınlığında "Azpetrol" şirkətinə məxsus benzin daşıyan maşın digər yük maşını ilə toqquşub.Nəticədə hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Yanacaq daşıyan avtomobilin qoşqusundakı çən qoparaq kənara düşüb və yanacaq ətrafa dağılıb.Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Həmçinin yanacağın alışması halı da qeydə alınmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31