Yatmış şəxs FHN-i ayağa qaldırdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını kilidini açaraq daxil olublar. Mənzilə baxış keçirərkən xilasedicilər vətəndaşı yatmış vəziyyətdə aşkar edərək bağlı qapı arxasından xilas olunmasını təmin ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31