Tovuzda 4 otaqlı ev yanıb, alov qonşunun da 3 otağını cənginə alıb
5 Sentyabr 2014 13:40 KriminalTovuz rayonu, Köhnə qala kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLaylar"a verilən məlumata görə, nətisədə ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və evə yaxın tikilmiş ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbsində 3 otağın yanar konstruksiyaları 140 kv.m sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik ümumi sahəsi 140 kv.m olan talvar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31