Soyuq silahı keçirə bilmədi
5 Sentyabr 2014 13:27 Kriminalİstanbul-Bakı aviareysilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Kərim Ziyadxanova məxsus baqaj rentgen aparatından keçərkən monitorda bıçağa oxşar əşyanın təsviri görünüb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirmiş və bu zaman K.Ziyadxanova məxsus çamadandan gömrük nəzarətinə təqdim olunmayan, metaldan hazırlanan və ümumu uzunluğu təxminən 290 mm, "beşbarmağ"a oxşar, dəstəyində isə "U.S.1918" hərf və rəqəm işarələri həkk olunan l ədəd bıçaq aşkar edilib. İlkin araşdırma zamanı K.Ziyadxanov izahatında aşkar olunan bıçağı San-Marinodan suvenir kimi 20 avroya aldı¬ğını, lakin qadağan olunduğunu bilmədiyinə görə Azərbaycan Respublikasına gətir¬di¬yini söyləyib. Ədliyyə Nazirliyi Мәһkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet zavod üsulu ilə istehsal edilmiş, iki tərəfı kəsici, ucu deşici və əzici-vurucu xassələrə malik, kombinə edilmiş kastet-xəncərdir və soyuq silah hesab edilir.