Azərbaycanda insanlığı ucuzlaşdıran cinayət - qan və bir stəkan limonad
5 Sentyabr 2014 12:50 KriminalAzərbaycanda artıq insan həyatı sudan ucuz olub. Göygöldə bir stəkan su qohumları düşmən edib. İki yaxın qohum bir-birinin qanını Quşqara çayına axıdıb. Milli.Az Göygölün Quşqara kəndində baş vermiş cinayətin təfərrüatlarını kənd sakinlərindən öyrənib. Məlum olub ki, hadisə dünən 29 yaşlı Kamil Rüstəmovun Quşqara çayının sahilində yerləşən limonad sexində baş verib. Urfan Rzayev yeznəsinin sexinə gələrək bir stəkan limonad istəyib. Kamil isə ona limonadı verməyib və onlar mübahisə ediblər. Qohumlar bir-birinə bıçaqla xəsarət yetiriblər. Onlar xəstəxanaya çatdırılsalar da, Kamilin həyatını xilas etmək mümkün olmayıb. Rayon Prokurorluğundan isə Milli.Az-a bildirildi ki, hazırda istintaq getdiyindən qətlin motivi barədə açıqlama verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31