Bakıda restoranın qarşısında qanlı olay: iki qardaş bıçaqlandı
Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
5 Sentyabr 2014 12:18 KriminalBakıda bıçaqlanma hadisəsi baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində "Sərin Məkan" restoranının qarşısında qeydə alınıb. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ehtiram Haşımov aralarında yaranan münaqişə zəminində 1988-ci il təvəllüdlü Seyidcəlal Nazim oğlu Revnixanovu və qardaşı Zeynalı bıçaqlayıb. Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E.Haşımov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31