Mərkəzi Unvermaqda cinayət

Univermaqdan brilyant qaşlı üzüklər oğurlayan şəxs tutulub

Bakıda Mərkəzi Univermaqda brilyant qaşlı üzüklər oğurlayan şəxs tutulub. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sentyabrın 2-də Səbail rayonu ərazisində yerləşən Mərkəzi Univermaqda Bakı şəhər sakini Cəmilə Kərimovaya məxsus 2 ədəd brilyant qaşlı üzük oğurlanıb. Hadisə ilə əlaqədar Baş Mühafizə İdarəsi və Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsi əməkdaşları əməliyyat keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Zəhra Əliyeva tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31