DİN Bakıdakı silahlı qətllə bağlı məlumat yaydı

Bakıda daha bir nəfər güllələnib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Şaban Nəbiyevə xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Ş.Nəbiyev orada ölüb. Hadisə yerinə baxış zamanı "Winchester" markalı tüfəng aşkar edilərək götürülüb. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31