Gəncə qəbirstanlığında adam güellələyən şəxs yaxalandı

Gəncədə qəbirstanlıqda adam güllələyən şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də Zaməddin Fərəcova xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Daşkəsən rayon sakini Rəsul Musayev tutulmuş, ondan "Stoeger" markalı ov tüfəngi götürülüb. Xatırladaq ki, sentyabrın 2-də Gəncə şəhər qəbirstanlığında şəhər sakini Zaməddin Fərəcov tanımadığı şəxs tərəfindən ayağından güllələnmişdi. Yaralı xəstəxanaya çatdırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31