FHN dənizdə daha bir nəfəri ölümdən qurtardı

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri daha bir batma təhlükəsi ilə üzləşən şəxsi xilas edib. Bu barədə nazirliyin saytı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, "Bilgəh" sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:55-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31