Dəhşətli qətl
Ata 6 yaşlı qızını doğrayıb özünü və meyidi pəncərədən atdı
17 Avqust 2012 12:39 KriminalMoskvanın Podolsk şəhərində dəhşətli qətl hadisəsi baş verib. "OLAYLAR"ın xarici mətbuata istinadən yaydığı məlumata görə, şəhərdə yaşayan 40 yaşlı ata 6 yaşlı qızını dögrayıb özü ilə birlikdə pəncərədən atıb. Əvvəlcə hadisənin intihar olduğu deyilsə də, hüquq mühafizə orqanları uşaqda bıçaq xəsarətləri aşkarlayıb. Qonşuların sözlərinə görə, ata əvvəlcə qızını doğrayıb və sonra özünü bıçaqlayıb. Bıçaq yarasından ölməyən ata özünü və qızının meyidini yaşadığı evin pəncərəsindən atıb. Ölənlərin mənzilinə baxış zamanı oradan çoxlu sayda dini kitablar aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31