Dələduzluq və rüşvətdə təqsirləndirilən hakimin məhkəməsi başlayır

Dələduzluq və rüşvət vermədə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev barədə olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. "OLAYLAR"ın məlumatına görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və yaxın vaxtlarda bu iş üzrə məhkəmə prosesi başlayacaq. İş hakim Azər Orucovun icraatına verilib. Xatırladaq ki, ilkin versiyalara görə, Rusiyadan gələn iş adamı Ramazan Səlimov Azərbaycanda işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman Məmmədova müraciət edib. E.Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də R.Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. R.Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E.Məmmədov həbs edilib. İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31