Lənkəranda vətəndaşı qarət edən 6 nəfərlik mütəşəkkil dəstənin 5 üzvü yaxalandı
3 Sentyabr 2014 16:32 KriminalLənkəranda vətəndaşa qarşı soyğunçuluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, şəhər polis şöbəsi əməkdaşları tərəfindən avqustun 30-da Bəhruz Səmədovun 5550 manatının və mobil telefonunun Lənkəran şəhər sakinləri Bəhruz Musayev, Şəhriyar Əliyev, İbrahim Hüseynov, Aslan Əzimov, Cəmil Əhədli, Peyman Məmmədov tərəfindən alınması, habelə B.Musayevin və Ş.Əliyevin B.Səmədova zor tətbiq edib 540 manatını və 2 ədəd mobil telefonunu almaları da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əliyev, İ.Hüseynov, A.Əzimov, C.Əhədli və P.Məmmədov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31