Sumqayıtda küçədən silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazilriyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşları tərəfindən Stansiya Sumqayıt qəsəbəsinin ərazisindən 1 ədəd "AKM" markalı silah, 1 ədəd "F-1" qumbarası və 1 ədəd mərmi tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31