Bakıda onlarla oğurluq hadisəsi törədən 13 yaşlı oğlan saxlanıldı
3 Sentyabr 2014 16:22 KriminalBakıda külli miqdarda oğurluq hadisəsi törədən azyaşlı saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Cəmşid Pənahova, Bahadur Abdullayevə, Gündüz Bağırova, Hamlet Ağayevə, Xalid Qafarova məxsus mağazalardan, Tofiq Məmmədovun evindən və Aybəniz Qədimovadan pul, qızıl əşyalar, mobil telefon, səsgücləndirici, tütün məmulatı, ərzaq məhsulları, danışıq kartları, habelə 1 baş inək oğurlamış Bakı şəhər sakini, 13 yaşlı oğlan - R.Q. saxlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31