DİN Bakıdakı dəhşətli qəza barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş verən dəhşətli yol qəzası barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 3-də saat 02 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində Bakı şəhər sakini Hafiz Quliyevin idarə etdiyi "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşmuşdur. "VAZ-2106" markalı avtomobildə olan 6 nəfər ölüb, H.Quliyev və sərnişini Nizami Gülməmmədov xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31