Bakıda yüksək rütbəli məmur xüsusi amansızlıqla qətlə yetirildi

Sentyabrın 1-də səhər Bakıda dəhşətli qətl hadisəsi baş verib. "OLAYLAR"ın məlumatına Bakı şəhər sakini Fizuli İsgəndərov Babək prospektində yerləşən 17 nömrəli evin həyətində, qarajının yanında qətlə yetirilib. Hadisə adıçəkilən rayonun 24-cü polis bölməsinin ərazisində baş verib. Qatil onun boğazını kəsərək öldürüb. Qətlin digər təfərrüatları da məlum olub. Məlumata görə, qatil maskada olub. O, qurbana 19 bıçaq zərbəsi vurduqdan sonra boğazını kəsib. Bıçaq zərbələrinin sayının çox olması İsgəndərovun müqavimət göstərməsindən xəbər verir. Sonra cinayətkar İsgəndərovun mənzilinə daxil olub. Evdə qətlə yetirilənin həyat yoldaşı olub. Qatil ona hücum edərək boğmağa çalışıb. Qadın onun maskasını çıxararaq onu öldürməməsi üçün yalvarıb. O, bütün qızılları və pulları verəcəyini deyib. Qadını sağ buraxan cani hadisə yerindən qaçıb. Xatırladaq ki, qətlə yetirilən 50 yaşlı Fizuli Haqverdi oğlu İsgəndərov uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəisi Arif Qaraşovin müavini vəzifəsində çalışıb. Bu il avqust ayının 29-da İsgəndərov qızına toy edib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31