Bakıda avtomobil qaçırmış keçmiş məhkum tutulub
3 Sentyabr 2014 13:01 KriminalAvqustun 29-na keçən gecə H.Cavid prospektindən Rahib Səfərova məхsus "VAZ-2107" markalı avtomobil qaçırılmışdır. DİN NHİX-TŞ, ÇPA, Yasamal RPİ PPXB, DYPŞ və 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, avtomobil sentyabrın 2-i saat 01:30 radələrində A.Abbasov, küçəsində üzərində avqust ayında Nəsimi rayonu Q.Quliyev küçəsində Zarema Saarbəyovaya məхsus "Chevrolet-Aveo" markalı avtomobildən oğurlanmış hər iki dövlət nömrə nişanı ilə birlikdə aşkar edilib. Avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Fuad Əsədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31