Mağaza külə dönüb, ətrafdakı evlər mühafizə edilib

Xaçmaz şəhərində vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 50 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb. Mağazaya bitişik olan ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31