Bakıda gecə dəhşəti: 6 nəfər öldü - FOTO

Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü ilə nəticələnən  dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az APA-ya istinadən bildirir ki, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobilin "VAZ-2106" markalı avtomobillə toqquşması nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.Məlumata görə, ölənlərin hamısı "VAZ-2106" markalı avtomobildə olublar.  "Mercedes"in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.3 saylı şəhər xəstəxanasından APA-ya verilən xəbərə görə, xəstəxanaya 2 yaralı gətirilib. Onlardan birinin şəxsiyyəti naməlumdur, digərinin isə Nizami Gülməmmədov olduğu bildirilib.Hər 2 yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Şəxsiyyəti məlum olmayan yaralının vəziyyətinin olduqca ağır olduğu bildirilir.Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, qəza nəticəsində ölən 6 nəfərdən biri azyaşlıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31