İki aylıq körpəni oğurlayan qadın saxlanıldı

Binəqədi rayon Polis İdarəsi faktı təsdiqləyib

Bu il avqustun 13-də Sumqayıtda oğurlanmış iki aylıq körpə tapılıb.

Körpənin Binəqədi rayonu ərazisində tapıldığı bildirilir.

Binəqədi rayon Polis İdarəsindən də lent.az-a körpənin tapılması faktı təsdiqlənib. Bildirilib ki, Binəqədi və Sumqayıt polisinin birgə əməliyyatı nəticəsində körpənin saxlanıldığı yer müəyyənləşdirilib, onu oğurlayan qadın saxlanılıb.

Qadın polisə ilkin ifadəsində körpəni oğurlamasını uşağı olmaması ilə əlaqələndirib: "Uşaq saxlamaq istəyirdim. Ona görə də körpəni qaçırdım".

Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova yaşadığı ərazidə evinə gələn və ona yardım etmək istədiyini deyən qadınla birlikdə iki aylıq körpəsini və digər iki uşağını da götürərək yaxınlıqdakı parka gedib.

A. Əhmədova digər uşaqlarını parkdakı atraksionlarda gəzdirmək üçün körpəni qadına həvalə edib. O isə fürsətdən istifadə edərək, körpəni qaçırıb. Hadisədən dərhal sonra Sumqayıt polisi xüsusi əməliyyat qrupu yaratmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31