Qaradağda ağır qəza, ölən və yaralananlar var
2 Sentyabr 2014 16:14 KriminalQaradağda ağır yol qəza hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, sentyabrın 1-də saat 06 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Astara şəhər sakini Çingiz Məmmədovun idarə etdiyi "VAZ-21099" və Sabirabad rayon sakini Nəriman Hüseynovun idarə etdiyi "Zil MMZ" markalı avtomobillər toqquşub. Ç.Məmmədovun sərnişinlərindən - Zaqatala şəhər sakini Sürəyya Qurbanova hadisə yerində ölüb, özü və digər sərnişini - Çiçək Qurbanova xəstəxanaya yerləşdiriliblər. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31