Sumqayıtda avtobus sürücüsü öldürüldü

Sumqayıtda yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məluamta görə, sentyabrın 1-də saat 09 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Ələsgər İslamov idarə etdiyi "Opel" markalı avtomobillə Kürdəmir rayon sakini Elxan Abdullayevi və ona məxsus yolun kənarında dayanmış "Mitsubishi" markalı mikroavtobusu vurub.  Xəstəxanaya yerləşdirilmiş E.Abdullayev orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31