İsmayıllı dağlarında güclü yanğın baş verib- VIDEO
Yanğının söndürülməsi üçün əraziyə təyyarə və helikopterlər cəlb edilib
16 Avqust 2012 23:53 Kriminalİsmayıllı rayonunun Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə baş vermiş güclü yanğın artıq söndürülüb. Alovun meşə zolağına keçməsinin qarşısı alınıb.Xatırladaq ki,İsmayıllı rayonunun Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə, 3 ha kol-kos, quru ot və seyrək ağaclar olan sahədə baş verən yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranmışdı. Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Be-200 markalı amfibiya təyyarəsi cəlb edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31