3 tondan artıq çətənə kolu məhv edilib
2 Sentyabr 2014 13:07 KriminalYardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilib. "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində 3000 ədəd, cəmi çəkisi 400 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində isə rayon ərazisində 747 ədəd, cəmi çəkisi 3 ton 300 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilib. Hər iki halda çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv olunub.