Məhbusun həyat yoldaşının çantasından telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilmiş şəxs İbrahim Süleyman oğlu Uğruyevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Nərminə Şaban qızı Uğruyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı əl çantasının içərisində gizlədilmiş daxilində "Sim" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31