Sabunçuda ev yandı, sahibi ölümdən qurtardı
2 Sentyabr 2014 12:51 KriminalSabunçu qəsəbəsində yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan iki otaqlı mənzilin mətbəx mebeli 2 kv.m sahədə yanmış, yüksək temperaturdan soyuducu əriyib. Yanğınsöndürənlər tərəfindən 1 nəfər tüstüdən zəhərlənmiş halda mənzildən çıxarılıb və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31