Yasamalda güclü yanğın, 10 otaqlı iki mənzil külə döndü

Bakıda dəhşətli yanğın hadisəsi baş verib. Bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 115 kv.m olan ikimərtəbəli 7 otaqlı ev və ona bitişik ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik tikilmiş qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31